Parlament 2 iclasa 57 məsələ müzakirəyə çıxarır-SİYAHI

Milli Məclisin növbəti iclasları oktyabrın 30-da və noyabrın 2-də keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hər iki iclasın gündəliyinə ümumilikdə 57 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
“Azərbaycan Respublikasının Milli Məclisinin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” qanun layihəsi;
"Normativ hüquqi aktlar haqqında" qanuna dəyişiklik;
“Təhsil haqqında” qanuna dəyişiklik;
Mülki Prosessual Məcəllədə dəyişiklik;
Vergi Məcəlləsinə dəyişiklik;
Gömrük Məcəlləsinə dəyişiklik;
“Banklar haqqında” qanuna dəyişiklik;
“İpoteka haqqında” qanuna dəyişiklik;
“Lotereyalar haqqında” qanuna dəyişiklik;
Cinayət Məcəlləsinə dəyişiklik;
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
“İnzibati icraat haqqında” qanuna dəyişiklik;
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklik;
Cəzaların İcrası Məcəlləsində dəyişiklik;
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik;
Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik;
“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişiklik;
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;
“Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” qanuna dəyişiklik;
"Teatr və teatr fəaliyyəti haqqında" qanuna dəyişiklik;
"Pasportlar haqqında" qanuna dəyişiklik;
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik;
"Bələdiyyələrin statusu haqqında" qanuna dəyişiklik;
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna dəyişiklik;
Mülki Məcəllədə dəyişiklik
"Televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik;
"Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik;
"Kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanuna dəyişiklik;
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik;
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik;
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik;
“Dövlət sirri haqqında” qanuna dəyişiklik;
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna dəyişiklik;
"Torpaq bazarı haqqında" qanuna dəyişiklik;
"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanuna dəyişiklik;
"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik;
"Fitosanitar nəzarəti haqqında" qanuna dəyişiklik;
"Yeyinti məhsulları haqqında" qanuna dəyişiklik;
“İctimai televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik;
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik.