Yaponiya hökumət başçısı Kim Çen Inla görüşəcək
Yaponiyanın hökumət başçısı Sindzo Abe iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün KXDR rəhbəri Kim Çen Inla şəxsən görüşəcək.
Bu barədə baş nazir ölkə Parlamentinin açıq sessiyasında çıxışı zamanı bəyan edib.
Abenin sözlərinə görə, 1970-80-ci illərdə oğurlanan Yaponiya vətəndaşları ilə bağlı problemi həll etmək üçün bir şansı belə əldən vermək istəmir. Bunun yanında o, nüvə probleminin həllinə kömək etməyə ümidini ifadə edib.










