Tramp Meksika ilə sərhəddə hərbçiləri yollayacaq

ABŞ prezidenti Donald Tramp tezliklə meksika ilə sərhəddə qoşunları göndərəcəyini elan edib. Buna səbəb isəQvatemaladan olan qaçqın karvanların Ştatlara doğru gəlməsi ilə əlaqələndirilib. Bu barədə USA Today xəbər verib.
«Bu axının qarşısını almaq üçün Amerika Meksika sərhəddinə lazım olan qədər qoşun yollayacağıq. Miqrantların hərəkəti ölkəmizə basqındır. Miqrant lavasına görə isə demokratlar məsuldur», - deyə Tramp bəyan edib.