Sorosa qarşı sui-qəsd cəhdi olub

Milyarder Coroc Sorosun Nyu-York ştatındakı evindən partlayıcı qurğu aşkarlanıb.
Bu barədə The New York Times xəbər verib. Bildirilir ki, məşhur maliyyəçinin evinə istehkamçılar qrupu çağrılıb. Onlar idarə edilən partlayış həyata keçiriblər.
Bəzi məlumatlarda deyilir ki, bomba Sorosun işçilərindən biri tərəfindən tapılıb. O şübhəli paketdə bomba olduğunu anlayaraq, polislərə xəbər verib.
Hüquq mühafizəçilər artıq partlayıcı qurğunun yerləşdirilməsi vəziyyətini və motivlərini araşdırmağa başlayıb. Partlaycının tipi hələ bəlli deyil.
İşi Federal Təhlükəsizlik Xidməti araşdırır.