Kaşıkçının ölüm səbəbi

Müxalif jurnalist Camal Kaşıkçını (Kaşuki) öldürmə barədə əmr olmayıb. Bu barədə Səudiyyə Ərəbistanından olan yüksək rütbəli məmur Röyters-ə bildirib.
Nəşrin anonim mənbəsinin sözlərinə görə, Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna yollanan 15 nəfərdən ibarət qrup Kaşıkçını saxlayaraq, dissidentlərin vətənə qaytarılması təşəbbüsü çərçivəsində onu ölkəyə aparmalı idi. Lakin jurnalist bərkdən köməyə çağırır və bu zaman nümayəndə heytinin üzvləri təşviş içində onun ağzını bağlayıblar, elə həmin vaxt da o, havasızlıqdan boğulub.
Mənbənin sözlərinə görə, bundan sonra qrup üzvlərindən biri Kaşıkçının paltarlarını geyinərək konsulluğu tərk edib. Bununla da jurnalistin diplomatik missiyanı tərk etdiyini göstərmək istəyib.
Mühasib əlavə edib ki, jurnalistin cəsədi xalçaya bükülərək konsulluqdan çıxarılıb və utilizasiya üçün «yerli əməkdaşa» təhvil verilib.
Kaşıkçının işgəncələrə məruz qalıb-qalmamasına gəlincə isə məmur ilkin istintaqın bu məlumatı təsdiqləmədiyini bildirib.
Röyters-in jurnalisti Kaşıkçının rəsmi ölüm versiyasının Ər-Riyad tərəfindən mütəmadi niyə dəyişdiyi barədə soruşub. Məmur bildirib ki, Səudiyyə Ərəbistanı hökumətinin ilkin hesabatı həmin vaxt ölkə daxilindən gələn yalan informasiyaya əsaslanıb. İnformasiyanın yalan olduğu ortaya çıxdıqdan sonra isə Səudiyyə Ərəbistanı hadisənin daxili istintaqına başlayıb.