ABŞ koalisiyası Suriyada dinc sakinlərin evini bombardman edib

ABŞ Silahlı Qüvvələri başda olmaqla koalisiya qüvvələri Deyr-əz-Zorda Əs-Susa məntəqəsində dinc sakinlərin evini bombardman edib.
Bu barədə Suriya Dövlət Televiziyası xəbər verib.
Yerli mediada yayılan məlumatda deyilir ki, dinc sakinlər arasında ölən və yaralananlar var. Onların dəqiq sayı hələlik bəlli deyil.
«Bəli, belə hadisə bu gün də baş verdi. Aviasiya mütəmadi olaraq dinc sakinlərin evini bombardman edir, ğbununla da İŞİD terrorçularına kömək edir».
Xatırladaq ki, bir neçə gün öncə Amerika pilotlarının səriştəsizliyi Suriyanın Deyr əz-Zor şəhərində kürdlərin İŞİD mövqelərinə hücum etməsinin qarşısını alıb.
Bildirilirdi ki, F-15-lər kürd bölmədərini bombardman ediblər, bununla da hücumu əməliyyatının qarşısını alıblar. Nəticədə 6 kürd yaraqlı həlak olub, daha 15 nəfər yaralanıb. Ərazi isə İŞİD-in nəzarətinə keçib.