Suriyada İŞİD-in girovluğunda avropalılar da var
Suriyada Avrolpa dövlətlərinin vətəndaşları İŞİD terror təşkilatı tərəfindən girov götürülüb. Bu barədə RİA Novosti hərbi dairələrdə mənbələrə istinadla xəbər verib.
Xatırladaq ki, oktyarın 13-də terrorçular Əl-Baxra məntəqəsində qaçqınların düşərgəsinə hücum edərək, 700 nəfəri girov götürmüşdülər.
Mənbə bildirib ki, onların arasında avropalılar da var.
Həmçinin mənbə əlavə edib ki, terrorçular kürdlər öz tərəfdarlarını buraxmaları və Fəratın şərq ərazilərini onların nəzarətlərinə vermələrini tələb ediblər. Terrorçular kürdlərə təzyiq göstərmək üçün girovları güllələyirlər.










