ABŞ prezidentinin ailəvi vergi dələduzluğu
ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner yenidən qalmaqalla gündəmə gəlib. Nyu York Tayms-ın jurnalistlərin istintaq aparıblar və öyrəniblər ki, Kuşner uzun illər vergidən qismən, ya tamamən yayınıb. Ehtimal ki, Trampın kürəkəni 2009-2016-cı illərdə federal gəlir vergisini ödəməyib.
Kuşnerin vergi sənədləri amortizasiya kimi tanınan vergi imtiyazlarından istifadəni etdiyi bildirilir.
Jurnalistlər qanun pozuntusu barədə birbaşa sübut aşkarlamayıblar, lakin Kuşnerin vergiləri tam ödəməkdən yayındıran sxemləri ortaya çıxarıblar.










