ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Hizer Nauret ola bilər
ABŞ prezidenti Donald Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi kimi Hizer Nauertin namizədliyinə baxır. Bu barədə Politico qəzeti Ağ Evdəki mənbəyə istinadla bildirib.
Hazırda o, Birləşmiş Ştatların Dövlət Departamenitnin Mətbuat Xidmətinə rəhbərlik edir.
«Prezident Administrasiyasının əməkdaşları Trampın xarici siyasətinin müdafiəsinə qalxma bacarığında hesab edirlər. O, həmçinin Sara Sanders getdikdən sonra Ağ Evin Mətbuat Xidməti üçün əsas namizəddir», - deyə mənbə qəzetə bildirib.










