Suriyanı tərk etmək istəyən terrorçu saxlanılıb.
Kürdlərin «Xalq özünümüdafiə bölmələri» İŞİD-in bir neçə əcnəbi terrorçunu girov götürüb.Xüsusi əməliyyat zamanı Suriyanı tərk etmək istəyən 3 terrorçu saxlanılıb.
Onlardan biri Almaniya vətəndaşı Dirk Rixard Pleyldir. O, 2015-ci ildə Türkiyədən keçməklə Suriyaya gəlib. Qruplaşmada həkim-protezçi kimi işləyib, həmçinin İŞİD-in əməliyyatlarında iştirak edib.
Digəri Kanada vətəndaşı Məhəmməd Əlidir. Özünə Əbu Turab Kanadi ləqəbini götürən terrorçu təşkilatda snayper kimi fəaliyyət göstərib. Bundan başqa yeni yaraqlıların hazırlanması ilə məşğul olub. 2014-cü ildə Kanadanın Ottava şəhərində Əli sosial şəbəkələrdə öz səhifələrdə müraciət edərək insanları belə addım törətməyə və Suriyaya gəlməyə çağırıb (Onun təşkilatçılığı ilə Torontodan Suriyaya bir qrupp İŞİD tərəfdarı gedib).
Daha bir terrorçu isə Türkiyə əsilli Almaniya vətəndaşı Ergün Orxandır. O, 2015-ci ildə sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxslər vasitəsi ilə Suriyaya gəlib və Carablus, həmçinin Rəqqa döyüşlərində iştirak edib.
İŞİD əvvəllər ələ keçirdikləri torpaqlardannəzarəti itirdikdən sonra , terrorçulardan bəziləri qaçmaq qərarına gəlib. Xüsusən bu əcnəbilərə aiddir.
KİV-də yayılan məlumatda deyilir ki, bəziləri kifayət qədər rüşvət verdikləri halda «Suriya Demokratik Qüvvələri» onların Suriyadan Türkiyəyə maneəsiz keçməyə şərait yaradır.










