Misirdə kilsəni partladan 17 nəfərə edam hökmü verildi
Misirin Aleksandriya şəhərində məhkəmə 17 nəfərə edam hökmü verib. Bu barədə «Youm» nəşri xəbər verib.
Bildirilir ki, onlar 2016-2017-ci ildə kilsədə törədilən terrorda təqsirli biliniblər.
Bundan başqa 19 müttəhim ömürlük həbsə məhkum olub, 8 nəfəri isə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Müttəhimlər 82 nəfərin ölümündə məsul biliniblər.
Xatırladaq ki, 2017-ci ilin aprel ayında Misirin iki kilsəsində bir neçə saat fərqlə terror aktı olmuşdu. Tanta şəhərində kilsədə 30 nəfər həlak olmuş, 80 nəfər yaralanmışdı.Aleksandriya kilsəsində terror hücumunda 18 nəfər, o cümlədən intiharçının qarşqısını kəsərək onun kilsəyə girməsinin qarşısını alan 4 polis əməkdaşı həlak olmuşdu.
2017-ci ilin dekabr ayında Qahirədə bir neçə kilsənin yerləşdiyi Abbasiyə kompleksində baş verən terrorda 25 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdı.










