Şimali Koreya lideri Papanı ölkəsinə dəvət etmək istəyir
Şimali Koreya lideri Kim Çen In katoliklərin başçısı Papa Françeskonu ölkəsinə dəvət etmək istəyir.
Cənubi Koreya prezidentnin ofisindən bildiriblər ki, Kim keçən aykı zirvə görüşü zamanı Cənubi Koreya prezidenti Mun Jae İnə, Papanın ölkəsini ziyarət etməsini sevinclə qarşılayacaqlarını deyib.
Açıqlamada prezident Munun Şimali Koreya liderinin bu arzunu oktyabrın 18-də Vatikana edəcəyi səfərdə Papaya çatdıracağı qeyd edilir.
Şimali Koreya lideri son bir il ərzində ölkəsinin nüvə proqramı və uzaqmənzilli balistik raket sınaqları ucbatından üzləşdiyi beynəlxalq iqtisadi embarqo, diplomatik təzyiq və sanksiyaları yüngülləşdirmək məqsədilə diplomatik səylərə sürət verib.
Xatırladaq ki, Şimali Koreya rəhbərliyi ölkədəki bütün dini fəaliyyətləri qadağan edib. 2000-ci ildə keçirilən Koreyalararası Zirvədən sonra Kimin atası, dövrün Şimali Koreya lideri Kim Çen İl Papa II İohan Paveli ölkəsinə dəvət etmişdi. Vatikan isə həmin dövrdə Şimali Koreyada katolik keşişlərin fəaliyyətlərinə icazə verilmədiyi halda belə bir səfərin mümkün olmayacağı cavabını vermişdi.










