Səudiyyənin oğurladığı jurnalistin son görüntüsü - FOTO
Washington Post yazarı, səudiyyə ərəbistanlı Camal Kaşıkçıdan (Kaşukî) Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna giriş anını göstərən fotoşəkil yaıylıb. Camal Kaşıkçının son dəfə göründüyü fotonun tarixi və saatı məlum deyil.
Xatırladaq ki, Səudiyyə rejiminə müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.
Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.










