Braziliyada prezident seçilməsi ikinci tura qaldı
Braziliyada prezident seçkilərinin ikinci turu təyin olunub sosial-liberalların ulturasağçı namizədi Jair Bolsonaru qələbə üçün zəruri 50 faiz səs toplaya bilməyib.
Braziliyalı siyasətçi 46 faiz səs toplayıb. Onun əsas rəqibi - Sol Partiyasının namizədi Fernandu Addada isə 29 faizdən bir qədər az səs toplamağı bacarıb.
Seçkilərin ikinci turu oktyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, 63 yaşlı Jair Bolsonaru keçmiş hərbçi və sabiq prezidentlər Luis İnasiu Lula da Silva və Dilma Roussefin qatı düşməni sayılır. Onun rəqibi keçmiş dövlət başçılarının tərəfdarı kimi tanınır.










