Serbiya prezidenti: Kosovanın müstəqilliyini heç vaxt tanımayacağıq
Serbiya Kosova respublikasının müstəqilliyini tanımır. Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç Avropa Parlamentinin xarici işlər üzrə komitəsinin sədri ilə Devid Makalisterlə keçirdiyi mətbuat konfransında danışıb.
O, əlavə edib ki, bu vəziyyətdə Serbiyadan nə gözlənildiyini bilmir: "Beynəlxalq amillərə gəldikdə, mən dedim ki, Serbiyadan nə istəyirlər bilmirəm, amma məni başımdan ağacla vursalar da, Serbiya Kosovanın müstəqilliyini tanımır. Biz sülh olması üçün nə lazımdırsa, edəcəyik. Mən Kosovanın müstəqilliyini heç vaxt tanımayacam. Biz problemlərin həlli üçün dialoqun tərəfdarıyıq, bu ancaq təkcə serblərdən asılı deyil".










