Səəd əl-Həriri yeni hökuməti bir həftəyə quracaq
Livanın baş naziri Səəd əl-Həriri yeni hökumətin bir həftə ərzində yaradılacağından əmin olduğunu açıqlayıb. Bu barədə o, "MTF" televiziyasına açıqlama verib.
"Bir həftə -10 gün ərzində yeni hökumətin yaradılacağına əminəm. Hökumət hər təbəqəni təmsil edəcək. Hökumətə iş birliyi niyyətilə daxil olmalıyıq. Heç kim problem və ya münaqişə yaratmaq üçün hökumətə daxil olmamalıdır",-deyə Səəd Həriri əlavə edib.
Livan iqtisadiyyatı ilə bağlı həyəcan təbili çalan Həriri, ölkə üçün bir neçə nazirlikdən imtina etməyə hazır olduğunu bildirib və bütün siyasi partiyaları dövlət uğrunda fədakarlıq etməyə çağırıb.










