Bloomberg: dolların hegemonluğu sona çatır
ABŞ-ın milli valyutası olan dollar dünya ölkələri arasında hegemonluğunu itirməyə başlayıb. Bu barədə "Bloomberg" məlumat yayıb.
ABŞ-ın sanksiya siyasəti səbəbindən bir çox ölkə dollara qarşı cəbhələşməyə başlayıb. Uzun illər beynəlxalq iqtisadiyyatda əsas valyuta olan dolların tiranlığı artıq sona yaxınlaşır.
Avrupa Komissiyasının prezidenti Yan Klod Yunker avropalıların dollarla mübadilə etməsini cəfəngiyyat kimi qiymətləndirib. Fransanın maliyyə naziri Bruno Le Maire isə ABŞ-dan tamamilə müstəqil maliyyə vasitələrinə malik olmaq istədiyini açıqlayıb.
Rusiya artan risklər səbəbindən beynəlxalq hesabatlarda dollarla bağlı fəaliyyətini azaldıb, Çin isə qlobal enerji bazarlarında yuan üzərindən müqavilələr bağlamağa başlayıb.










