Yəmən prezidenti Salehin oğulları azadlığa buraxılıb
"Ənsarullah" Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin iki oğlunun azad edilməsi barədə bəyan edib. Bu barədə SABA agentliyi ölkə DİN-nə istinadla xəbər verib.
Qeyd edək ki, agentlik bundan əvvəl İordaniyada diplomatik mənbələrə istinadla bildirmişdi ki, husilərin BMT-nin təyyarəsini paytaxt Sanada aeroporta enməyə izn verməməsi nəticəsində Abdulla Salehin iki oğlu da daxil olmaqla sabiq prezidentin qohumları ötən cümə ölkədən gedə bilməmişdilər.

Təyyarə İordaniyanın paytaxtından Yəmənə uçsa da, husilər onun Sana aeroportunda enişinə izn verməmişdilər. Nəticədə təyyarə Əmmana qayıtmalı olmuşdu.
Yəmən KİV-dlə yayılan məlumata görə, BMT-nin təyyarəsi Əmmandan ayrılandan sonra Səudiyyənin Ciddə şəhərində olub, orda dərin yoxlanışdan keçib.
Qeyd edək ki, Yəmən Prezidenti Əli Abdullah Salehin oğulları təxminən 10 aydır ki, həbsdə idilər.
"Salah Əli Abdulla Saleh və Mudin Əli Abdulla Saleh Ali Siyasi Şuranın rəhbərinin əfv qərarı ilə azadlığa buraxılıb", - deyə mənbə agentliyə bildirib.
"Al-Hadas" telekanalı isə Sana aeroportunda mənbəyə istinadla bəyan edib ki, təyyarə BMT-nin təyyarə sabiq prezidentin oğlanlarını Əmmana aparmaq üçün çərşənbə günü aeroprta gəlib və artıq onları Sanadan çıxarıb.










