İndoneziya və Türkiyədə zəlzələ baş verib
Oktyabrın 3-də İndoneziyanın Mərkəzi Sulavesi əyalətində 4,8 bal gücündə növbəti zəlzələ qeydə alınıb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin məlumatına görə, zəlzələnin episentri Palu şəhərindən 20 kilometr məsafədə, ocağı 10 kilometr dərinlikdə yerləşib. Palu şəhərində çox da güclü olmayan kiçik silkələnmə qeydə alınıb. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Türkiyənin Kahramanmaraş vilayətində də zəlzələ qeydə alınıb. Rixter cədvəli üzrə 4.4 bal gücündə olan zəlzələnin episentri vilayətin Çağlayancerit rayonunda 7 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkan əhalidə təşviş yaradıb. Dağıntı və fəlakət yoxdur.










