İraq parlamenti ölkənin yeni prezidentini seçib
İraqın Nümayəndələr Şurasının (Parlament) deputatları Vətənpərvər Kürdüstan İttifaqından (VKİ) olan Bəhram Salehi respublikanın yeni prezidenti seçiblər.
parlamentdə keçirilən səsvermənin nəticələrinə görə, 165 deputat onun lehinə səs verib.
Səsvermədə 329 deputatdan 301 nəfəri iştirak edib.
Qeyd edək ki, səsvermənin birinci mərhələsində qalib müəyyənləşməmişdi.










