Meksikada polis idarəsindən yüzlərlə silah oğurlanıb
Meksikada yerli polis idarələrinin birindən 342 silah oğurlanıb. Bu barədə BBC məlumat yayıb.
Ölkənin Müdafiə Nazirliyi hadisənin səbəbkarının keçmiş mer Evodio Velazquez Aguirre olduğunu açıqlayıb.
Silahların itdiyi Acapulco şəhərinin sabiq merindən 72 saat ərzində izahat verməsi tələb edilib.
Acapulco Meksikada ən çox narkotik qaçaqmalçılığı və cinayət baş verən şəhərlərindən biridir.










