İndoneziyada zəlzələdən sonra 1200 məhbus həbsxanadan qaçıb
İndoneziyanın Mərkəzi Sulavesi vilayətindəki həbsxanadan 1200 məhbus qaçıb. Bu barədə "TASS" agentliyi məlumat yayıb.
Ölkənin Ədliyyə Nazirliyi açıqlayıb ki, məhbuslar yeraltı təkanlar zamanı qurbana çevrilməmək qorxusundan həbsxananı qanunsuz tərk edib.
343 məhbusun qaçdığı həbsxanaların birində zəlzələdən sonra yanğın baş verib.
Məhkumların əksəriyyəti korrupsiya və narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilib.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölkədə 1,2 mindən çox insan həlak olub, yüzlərlə insan ağır yaralanıb.
Evlərini ən azı 16 min yerli sakin tərk edib, minlərlə ev, mehmanxana və ticarət mərkəzi dağıdılıb.










