ABŞ iki ölkə ilə ticarət razılaşması imzalayıb
ABŞ, Kanada və Meksika yeni ticarət müqaviləsi imzalayıb. Bu barədə Kanadanın XİN rəhbəri Kristi Friland və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer birgə bəyanatla çıxış ediblər.
"Bu gün Birləşmiş Ştatlar və Kanada Meksika ilə yeni, müasirləşdirilmiş ticarət sazişi (USMCA) haqqında razılığa gəlib. USMCA fəhlə, fermer və ranço sahiblərinə yeni ticarət sazişi imzalamağa imkan verəcək və azad bazar, ədalətli ticarət və davamlı iqtisadi artıma səbəb olacaq",-deyə ölkələrin birgə bəyanatında qeyd olunur.










