Merkel: sabit və böyüyən bir Türkiyə istəyirik
Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında Suriya mövzusunda maraqlı açıqlamalar verib. Almaniya kansleri ölkəsinin dördlü zirvə toplantısı təşkil etmək istədiyini vurğulayıb.
"Suriya məsələsində türk, rus, fransız dövlət başçıları və öz iştirakımla dördlü zirvə toplantısını oktyabr ayında keçirmək üçün çalışırıq. Almaniya sabit, iqtisadiyyatı davamlı olaraq böyüyən bir Türkiyə istəyir. Ankara ilə terrorla mübarizə sahəsindəki əməkdaşlığımızı inkişaf etdirmək istəyirik, daxili işlər nazirliklərimiz arasındakı təmaslar isə inkişaf etdiriləcək",-deyə Merkel söyləyib.
Türkiyədə baş verən dövlət çevrilişinə də münasibət bildirən Angela Merkel, bunları əlavə edib: "15 iyul dövlət çevrilişi cəhdini pisləyirik və bu, qəbuledilməzdir. Gülən hərəkatının PKK kimi (terror təşkilatı) təsnif olunması üçün daha çox məlumata ehtiyacımız var".










