Putin `S-400`ü satmaq üçün Hindistana gedəcək
Rusiya prezidenti Vladimir Putin oktyabrın 4-5-də rəsmi səfərlə Hindistana gedəcək. Bu barədə ictimaiyyətə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Vladimir Putin baş nazir Narendra Modi ilə Rusiya-Hindistan işgüzar forumunda iştirak edəcək.
Liderlər forum zamanı aktual beynəlxalq və regional məsələləri, o cümlədən ölkələr arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsini müzakirə edəcək.
Buna qədər Hindistan Rusiyadan 5,43 mlrd. məbləğində "S-300" zenit-raket kompleksinin alınmasına qərar alıb.










