Ərdoğan Merkelə 69 nəfərlik siyahı verib
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyaya səfəri ərəfəsində Milli Kəşfiyyat İdarəsi olan MİT tərəfindən hazırlanan "FETÖ", PKK və digər qruplaşmlara daxil 69 nəfərlik siyahını kansler Angela Merkelə çatdırıb. Bu barədə yerli "Yeni Əsr" qəzeti yazıb.
Ərdoğan Almaniyaya 3 günlük səfəri zamanı siyahıda adları qeyd edilən şəxslərin həbs olunaraq Türkiyəyə deportasiyasını istəyəcək.
Siyahıda Adil Öksüz, Şərif Əli Tekalan, Can Dündar, keçmiş prokuror Zəkəriyyə Öz və "15 İyul" dövlət çevrilişi cəhdi ərəfəsində Türkiyədən qaçan NATO hərbçilərinin də adları var.










