İordaniya Suriya ilə sərhədini yenidən açacaq
İordaniya 3 ildir qapalı saxladığı Suriya sərhədini yenidən açacaq.Bu barədə ictimaiyyətə İordaniyanın XİN rəhbəri Əyman Səfadi məlumat verib.
O, qeyd edib ki, sərhədin açılması barədə qərar Rusiya ilə aparılan danışıqlardan sonra qəbul olunub.
3 ildir qapalı olan sərhədin açılması üçün texniki görüşlər hələ də davam edir.
Sərhədin gələcək iki ay ərzində açılması gözlənilir.










