Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə nazirini tapa bilmir

Ermənistanın Baş Prokurorluğu sabiq müdafiə naziri Mikael Arutyunyanın həbs etmək üçün onu tapa bilmir. Bunu Ermənistanın baş prokuroru Artur Davtyan deyib.
Ermənistan KİV-ləri yazır ki, Arutyunyan Rusiya vətəndaşıdır və Moskva onu Ermənistana ekstradisiya etməyə hazırlaşmır.
Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan barəsində 1 mart 2008-ci il hadisələri ilə əlaqədar axtarış elan olunub.