Ərdoğan: `ABŞ müttəfiqlik prinsiplərinə zidd hərəkət edir`

ABŞ-ın Türkiyəyə qarşı həyata keçirdiyi sanksiyalar siyasəti iki ölkə arasında strateji tərəfdaşlıq prinsiplərinə ziddir.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "PBS" telekanalına müsahibəsi zamanə bildirib.
Türkiyə prezidenti qeyd edib: "Biz NATO çərçivəsində ABŞ-ın strateji tərəfdaşıyıq. Bizim strateji tərəfdaşımız olan hər bir ölkəyə öz strateji tərəfdaşına qarşı mümkün sanksiyalar barədə danışmaq yersiz olardı. Türkiyə strateji tərəfdaş kimi öz öhdəliklərini həmişə yerinə yetirib, biz bundan sonra da bunu edəcəyik".
Türkiyənin dövlət başçısı həmçinin ABŞ-ı PKK-nın qolu olan YPG və PYD ilə əməkdaşlıqda əməkdaşlıq etməkdə ittiham edib. "Bizim strateji tərəfdaşımız terrorçu təşkilatla çiyin-çiyinə çalışırsa, bunu qəbul edə bilmərik", - deyə Ərdoğan qeyd edib.