Tramp Almaniyadan sonra yeni hədəfini göstərdi - Yaponiya

ABŞ prezidenti Donald Tramp avtomobil idxalına qarşı yeni hədəfini göstərib. Bu barədə "Forbes" jurnalı yazıb. Ölkə xaricindən avtomobil alınmasını "milli təhlükəsizlik təhdidi" kimi qəbul edən Tramp, bu arqumenti istifadə edərək xarici maşınlara 25 faizlik gömrük vergisi tətbiq etməyi planlaşdırır.
Bundan əvvəl Almaniyanın avtomobil sektorunu hədəfə alan Ağ Ev rəhbərinin növbəti hədəfi Yaponiyadır. ABŞ bazarının 47 faizini təşkil edən yapon avtomobilləri və yük maşınıları, mümkün sanksiyalardan böyük zərər görəcək.
Birləşmiş Ştatların Ticarət Nazirliyinin bu ayın sonu mövzu ilə bağlı açıqlama verəcəyi gözlənilir. Yaponiyanın baş naziri Şinzo Abenin Trampla bu mövzunu müzakirə edəcəyi bildirilir.