İŞİD Mərkəzi Asiyada `xilafət` yaratmaq istəyir

İŞİD terror təşkilatı Mərkəzi Asiyada fəallarını hərəkətə gətirərək xilafət yaratmağı planlaşdırır. Bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov "İssık-Kul Antiterror-2018" adlı təlimin ikinci mərhələsinin açılışında danışıb.
O, həmçinin deyib ki, İŞİD-in planları uzunmüddətli xarakter daşıyır və təkcə Qırğızıstan deyil, həm də Mərkəzi Asiya regionunu əhatə edir. "Biz BMT-nin əks-terror komitəsinin icraçı direktorluğunun diqqətinə çatdırmışıq ki, qeyri-sabit bölgələrdən gələn çoxsaylı silahlar nəticəsində regionda "narkotik maddələrinə qarşı silah" prinsipi ilə ticarətin təşviq edilməsi, sərhədin etibarsızlığına səbəb olan bir faktdır".
Qırğızıstan baş nazirinin müavini Jeniş Razakov əlavə edib ki, Əfqanıstandan gələn terror təhlükəsi güclənir, çünki beynəlxalq terror təşkilatlarının üzvləri Mərkəzi Asiya ölkələrinə keçirlər: "Xüsusi narahatlıq doğuran haldır odur ki, terrorçular Əfqanıstanın şimalından sabitliyin pozulması məqsədilə Mərkəzi Asiya bölgəsinin ərazisinə daxil olmağa cəhd edirlər".