Ağ dəbilqəlilər` Böyük Britaniyaya təxliyə edilir

Suriyada saxta kimyəvi hücum səhnələrinin hazırlanması ilə məşğul olan "Ağ dəbilqəlilər" adlı təşkilatın üzvləri və onların ailələrinin İngiltərəyə təxliyyəsinə başlanılıb. Bu barədə "Sputnik" agentliyi məlumat yayıb.
"Risk altındakı şəxslərin təxliyyə proqramına uyğun olaraq İngiltərənin Daxili İşlər Nazirliyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq İnkişaf Nazirliyi və Məskunlaşma Nazirliyi ilə birgə ("Ağ dəbilqəlilər") ailələrin (İngiltərəyə) təxliyəsi üzərində çalışır",-deyə məlumatda qeyd olunur.
İngiltərənin XİN rəhbəri Ceremi Hunt deyib ki, "Ağ dəbilqələr" bu günün "qəhrəmanlar"ıdır: "Onlara cəsarətləri və insanları xilas etdikləri üçün hörmət edilir. Onlar Nobel Sülh Mükafatına namizəd göstərilir. "Ağ Dəbilqəlilər"in İngiltərəyə köçməsindən məmnunuq".
İngiltərənin daxili işlər naziri Sayid Javid isə "Ağ dəbilqəlilər"in minlərlə həyatı xilas etdiyini bildirib: "Onlar dəhşətli itkilər verib. İngiltərənin bu cəsur insanları və ailələrini qəbul etdiyi və onlara yeni həyat başlamaq imkanı yaratdığı üçün qürurluyam".