Moqerini: İran nüvə razılaşmasına tam əməl edir

İran nüvə müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirir. Bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Moqerini danışıb.
Federika Moqerini İranla bağlı bəyanatı Rusiya, Almaniya, Çin, Böyük Britaniya və Fransa rəsmiləri ilə görüşdən sonra səsləndirib.
Qeyd edək ki, İranla nüvə razılaşması 2015-ci il iyulun 15-də əldə olunub. Lakin ABŞ nüvə razılaşmasını birtərəfli pozaraq İrana qarşı sanksiyaları bərpa edib.