Putinin Əsədlə `S-300`ləri müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsəd arasında telefon danışığı olub. Prezidentlərin danışığını Kremlin mətbuat xidməti də təsdiqləyib.
Əsəd "İl-20"nin qəzaya uğraması nəticəsində rusiyalı hərbçilərin həlak olması ilə əlaqədar Putinə bir daha başsağlığı verib.
Putin öz növbəsində, "S-300" müasir zenit raket kompleksinin Suriyaya yerləşdirilməsi barədə qərarını həmkarına çatdırıb.
Qeyd edək ki, İsrailin təqsirinə görə vurulan "İl-20"yə cavab olaraq Rusiya rəhbərliyi Suriyaya "S-300" RƏM sisteminin göndəriləcəyini bəyan edib.