Berluskoni Avropa Parlamentinə namizədliyini verəcək

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bildirib ki, Avroa Parlamentində keçiriləcək seçkilərdə öz namizədliyini verə biləcəyini açıqlayıb.
Berluskoni, "hesab edirəm ki, Avropa Parlamentindəki seçkilərdə iştirak edəcəm. Hamı bu barədə məndən xahiş edir. Biz İtaliyanı xilas etmək istəyiriksə, bu cür yanaşmalıyıq", - deyə bildirib.
Qeyd edək ki, iyul ayının sonunda Berluskoni yaxın zamanlarda İtaliyanın indiki hakimiyyətinin mövcudiyyətini başa çatdıracağını söyləmişdi.
Hazırda 81 yaşlı Berluskoni "İrəli, İtaliya!" Partiyasına rəhbərlik edir.