Nik Heyli: Tramp Ruhani ilə görüşə hazırdır
Tramp İran prezidenti Həsən Ruhani ilə görüşə hazırdır. Bu sözləri ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culianın dediklərini şərh edən söyləyib.
Heyli vurğulayıb ki, rəsmi Vaşinqtonun tətbiq etdiyi sanksiyalar son nəticədə inqilaba və İranda indiki hakimiyyəti devirməyə gətirib çıxaracaq. Onun sözlərinə görə, ABŞ-ın məqsədi İranda hakimiyyət dəyişikliyi yox, amerikalıları və onların müttəfiqlərini qorumaq istəyidir.
"İran iqtisadiyyatı ona görə çöküb ki, prezident Tramp Tehranın nüvə proqramına dair sazişdən imtina edib",- deyə daimi nümayəndə qeyd edib.










