Meksika prezidenti lüks təyyarəsini satışa çıxarıb

Meksika dövlət başçısı Andres Manuel Lopez Obrador lüks təyyarəsini satmaq qərarına gəlib. BBC məlumat yayıb.
Obrador deyib ki, ölkədə yoxsulluq hökm sürdüyü bir vaxtda lüks təyyarə ilə səfər etməyə utanır.
Meksika lideri bir tarifli təyyarədə üç saat gözləməsinə baxmayaraq yenə də prezident təyyarəsini satmaqda qərarlı olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün Oaxakadan Mexikoya gedən Obradorun təyyarəsi həddindən artıq yağışlar səbəbindən üç saat gec havaya qalxıb. O, təyyarədə verdiyi açıqlamada, "Prezident təyyarəsinə minməyəcəyəm",-deyə söyləyib.