Çin ABŞ-dan sanksiyaları dayandırmağı tələb etdi

Rəsmi Pekin Rusiya ilə hərbi-texniki əməkdaşlıq səbəbindən sanksiyaya məruz qalmasına görə Birləşmiş Ştatlara etirazını bildirib. Bu barədə Çinin XİN rəsmisi Qen Huan danışıb.
O, qeyd edib ki, Çin artıq Vaşinqtona kəskin etirazını çatdırıb və dərhal məhdudiyyətin aradan qaldırılmasını tələb edib.
Xatırladaq ki, Çinin Rusiyaya sifariş verdiyi "Su-35" qırıcısı və "S-400 Triumf" hava hücumundan müdafiə sistemi Birləşmiş Ştatlarıın qəzəbəinə səbəb olub və Pekinə qarşı sanksiyaları gündəmə gətirib.