Maduro BMT-dən yarım milyard dollar istəyəcək

Venesuela hökuməti digər ölkələrdən olan həmvətənlərinin repatriasiyası (geri qaytarılması) üçün BMT-dən yarım milyard dollar məbləğində yardım göstərməyi xahiş edəcək. Bu barədə ictimaiyyətə Venesuela prezidenti Nikolas Maduro məlumat verib.
"Mən xahiş edəcəyəm ki, "Vətənə Qayıdış" planı çərçivəsində ölkəni tərk etmiş bütün miqrantların Venesuelaya qayıtması üçün bizə 500 milyon dollar ayırsınlar. Bu, onların təyyarə xərclərini qarşılamğa imkan verəcək".
Qeyd edək ki, təkcə Peruda təxminən 5 min venesuelalı ölkəsinə qayıtmaq istəyir.