Hər 5 saniyədə 1 uşaq qarşısı alına biləcək xəstəlikdən ölür

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Yardım Fondu (UNİCEF), Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankının birgə hesabatında göstərilib ki, 2017-ci ildə hər 5 saniyədə 1 uşaq qarşısı alına biləcək xəstəlikdən dünyasını dəyişir.
Hesabatda bildirilir ki, təxminən 5,4 milyon uşağın ölüm yaşı ilk beş ilə təsadüf edir.
Yeni doğulan uşaq ölümlərinin bütün ölümlərin demək olar ki, yarısını təşkil etdiyi vurğulanan hesabatda, təcili tədbir görülməsə beş yaşdan aşağı 56 milyon uşağın 2030-cu ilə qədər dərman, təmiz içməli su, elektrik və peyvəndə çatışmazlığından ölümlə üz-üzə qalacağı bildirilir.
Keçən il beş yaşdan aşağı uşaq ölümlərinin yarısının Cənubi Afrika və 30 faizinin Cənubi Asiyada qeydə alındığı bildirilir. Hesabatda qeyd olunur ki, Cənubi Afrikada hər 13 uşaqdan biri 15 yaşından əvvəl ölür.