Tramp Suriyada Rusiya təyyarəsinin vurulmasını şərh edib
Amerika prezidenti Donald Tramp polşalı həmkarı Ancey Dudo ilə birgə mətbuat konfransında Rusiyanın Suriyada İl-20 təyyarəsinin vurulmasını şərh edib. o, bunu çox kədərli hadisə adlandırıb.
«…Anlayıram ki, azı 14 nəfər həlak olub və bu, çox kədərlidir… Bu, çox pis vəziyyətdir», - deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, RF Müdafiə Nazirliyinin məlumatına əsasən, İsrail təyyarəsi Rusiya təyyarəsini sipər etdiyi üçün Rusiya təyyarəsi Suriya RƏM sistemi tərəfindən vurulub.
Sonradan Rusiya lideri Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında bildirmişdi ki, İsrail HHQ-nin Suriya ərazisində əməliyyatı, bu ölkənin suverenliyini pozur.










