Makronun ən yaxın nazirləri istefa verir
Fransa prezidenti Emmanuel Makron ən yaxın ətrafı tərəfindən tərk edilmək üzrədir son bir ayda ölkənin iki naziri istefa xəbəri ilə Makronu həyəcanlandırıb.
Fransada hökumətin ən tanınmış nazirlərindən olan ətraf mühit naziri Nikola Hulotunun istefasından sonra daxili işlər naziri Jerar Kollomb da gələn il vəzifədən gedəcəyini açıqlayıb.
Makronun Nazirlər Kabinetində aparıcı simalardan olan Kollomb istefadan sonra 16 il rəhbərlik etdiyi Lion Bələdiyyəsinin sədrliyi vəzifəsinə namizəd olacaq.










