Belə bir görüş olmayıb
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daxil olmaqla, heç bir liderlə gizli görüş keçirmədiyini açıqlayıb.Bu barədə Türkiyə mediası yazıb.
Ərdoğanla hər hansı bir mövzu olduğunu rədd edən Paşinyan, "Belə bir görüş olmayıb (türk liderlərlə). Yeganə təmas bundan əvvəl də dediyim kimi, Brüsseldə Türkiyənin XİN rəhbəri yanımdan keçərkən geri dönüb "salam" deməsi və sonra yoluna davam etməsi olub. Heç kim heç bir liderlə gizli danışıqlar aparmayacaq. Əgər belə bir görüş olsa, ictimaiyyətə xəbər verilıəcək",-deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, Qarsda heyvan otararkən Ermənistan sərhədini keçdiyi üçün 16 yaşlı Ümid Əli Özmən həbs olunub. Onun azadlığa çıxması üçün Ərdoğanın Paşinyana zəng edərək türkiyəlinin sərbəst buraxılmasını istəməsi iddia edilmişdi.










