Ermənistanda siyasi böhran başlayır
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq İdərsinin rəhbəri arasında telefon danışıqlarının dərc etdiyinə görə «Yerevan.today» nəşrinin ofisində axtarış başlanıb. Bu barədə RİA Novosti Ermənistan İstintaq Komitəsinə istinadla xəbər verib.
Qeyd edək ki, bundan əvvəl internetdə adıçəkilən şəxslərin telefon danışıqları yayılmışdı. Səs yazısında Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan Xüsusi İstintaq İdarəsinin rəhbəri Sasun Xaçaturyana bildirir ki, hakimə sabiq prezident Robert Köçəryanın həbsinin vacibliyi barədə deyib. Bundan başqa o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuriy Xaçaturovla diqqətli olmağı tövsiyə edib, çünki o, Rusiyanın qəzəbini doğura biləcək siyasi problemdir. Bunun yanında Vanetsyan bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Xaçaturovu «bağlamağı» tapşırıb.
Milli Təhlükəsizloik Xidmətinin dierktour səs yazısının doğruluğunu təsdiq edib.
Ermənistan daxilində baş verən son proseslər bu ölkədə yeni ciddi siyasi böhranın başlanmaq üzrə olduğunu göstərir.










