Suriya ordusu İdlibin cənubunda terrorçuları bombalayıb
Suriya ordusu İdlibin cənubunda silahlı qruplara qarşı avia zərbə və raket hücumu reallaşdırıb. Bu barədə "Əl-Məsdər" agentliyi məlumat yayıb.
Suriya ordusu Həma şəhərinin şimalında terrorçuların nəzarətindəki qəsəbələri də hədəfə alıb.
Qeyd edək ki, Rusiya və İran rəhbərlikləri Suriyanın İdlibə edəcəyi hərəkata dəstək verdiyi bir vaxtda Türkiyə bu əməliyyata qarşı çıxır.
Hazırda Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında İdlib mövzusunda danışıqlar aparılır.










