Ərəbistanında vəba qorxusu

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ölkənin Yəmən sərhəddinə yaxın Cizan məntəqəsində bir nəfərin vəbaya tutulduğu, 3 nəfərin isə xəstəlik şübhəsi ilə nəzarətə götürüldüyü barədə xəbər yayıb.
Məlumata görə, ÜST xəstəliyin epidemiyaya çevırilməməsi üçün təcili müdaxilə komandası yaradıb.
Mütəxəssislər vəba əlamətləri görünən şübhəliyə dərhal müdaxilə edilməsinin vacibliyini bildirirlər. Əks təqirdə bu xəstəliyin ölümcül təsirləri ortaya çıxır.
Qeyd edək ki, BMT Baş Katibinin nümayəndəsi Stefan Dujarrik Səud başda olmaqla koalisiya qüvvələrinin hər gün bombardman etdikləri Yəməndə vəba epidemiyasının üçüncü dalğasının başlaya biləcəyi barədə xəbərdarlıq etmişdi.
Xatırladaq ki, Yəmənin Səhiyyə Nazirinn nümayəndəsi Yusif əl-Haderi 7-si uşaq olmaqla artıq 9 nəfərin bu xəstəlikdən həyatlarını itirdiyi barədə məlumat vermişdi.