98 illik Türkiyədə 98 illik “Resmi Gazete” bağlanıb

Türkiyədə çıxan “Resmi Gazete” bağlanıb. “Resmi Gazete” bundan sonra çap edilməyəcək, rəqəmsal olaraq hazırlanacaq. Bu barədə
Bildirilir ki, kağız qiymətlərinin qalxmasından sonra dövlət 1920-ci ildən bəri çıxan "Resmi Gazete"ni bağlama qərarı alıb. Artıq yalnız rəqəmsal olaraq hazırlanacaq.
Qeyd edək ki, 1920-ci il oktyabrın 7-də qurulan nəşrin ilk sayı 1921-ci il fevralın 7-də çıxıb. Bu il sentyabrın 14-də “Resmi Gazete”nin 130 əməkdaşı işdən çıxıb. Onların bəziləri başqa yerlərdə işlə təmin olunublar.