Səudiyyə rejimi Məhərrəmlik çadırlarını dağıdıb

Səudiyyə Ərəbistanında Məhərrəm ayı ilə əlaqədar qurulan əzadarlıq çadrları dağıdılıb.
Əl-Qətif bölgəsində hücuma məruz qalan yerli əhali hüquq-mühafizə orqanlarının özbaşnalığı barədə tvitterdə müxtəlif şəkillər paylaşıblar.
Qeyd edək ki, Əl-Qətif Səudiyyə Ərəbistanı ərazisində şiələrin kompakt yaşadığı şəhərlərdən biridir. Səudiyyə polisi mütəmadi olaraq şəhərə basqınlar təşkil edərək yerli əhaliyə qarşı qanunsuzluqlar edir.