Terrorçu məhv edilib

Dağıstanın Talqi rayonunda antirerror əməliyyatı nəticəsində üç terrorçu məhv edilib. Bu barədə Rusiya Milli Antiterror Mərkəzindən bildirilir.
"Axtarış tədbirləri nəticəsində Talqi rayonunun dağ- meşə massivi ərazisində üç adamdan ibarət quldur dəstəsi aşkar edilib. Hüquq mühafizə orqanlarının təslim olmaq əmrinə tapançadan atəş açmaqla cavab verən cinayətkar dəstə Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri tərəfindən zərərsizləşdirilib", - antiterror mərkəzinin açıqlamasında yazılıb.
Qeyd olunur ki, hadisə yerində silah və sursat aşkar edilib.