Əfqanıstanda daha bir terror aktı olub-FOTO

Əfqanıstanın Helmənd əyalətində intiharçı terrorçu partlayış həyata keçirib. Bu barədə Pajhwok özünün Tvitter səhifəsində bildirib.
«Gilmən əyalətinin Ləşgərgah şəhərində intiharçı terrorçu hücum həyata keçirib», - deyə agentlik xəbər yayıb.
Hələ ki, qurbanlar və zərərçəkənlər barədə dəqiq informasiya verilməyib.
Xatırladaq ki, bir müddət öncə Nangarhar əyalətinin Mahmend Darah rayonunda intiharçı hücumu nəticəsində azı 68 nəfər həyatını itirmiş, 128 nəfər isə yaralanmışdı.